ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın İraq üzrə xüsusi nümayəndə təyin edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib. O, Barrakın hazırkı vəzifəsini davam etdirəcəyini, eyni zamanda Suriya və İraq üzrə xüsusi nümayəndə kimi də fəaliyyət göstərəcəyini bildirib.
ABŞ lideri Barrakın indiyədək uğurlu fəaliyyət göstərdiyini vurğulayaraq deyib: “Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığımızı gücləndirdiyimiz və münasibətlərimizin inkişaf etdiyi bir dövrdə Tom Barrakın həm Suriya, həm də İraq üzrə xüsusi nümayəndə təyin olunmasını elan etməkdən məmnunam”.
Tramp qeyd edib ki, Barrak ABŞ-ın Ankaradakı səfiri vəzifəsini də davam etdirəcək və fəaliyyətini ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə həyata keçirəcək.
“Tom Barrakın gördüyü işi və ölkəmizə xidmət etmək istəyini yüksək qiymətləndiririk”, – deyə Tramp əlavə edib.
Aytən Yaşar/ Turkustan.az