Volqoqrad neft emalı zavodu işini dayandırdı


“Lukoil” şirkətinə məxsus Volqoqrad neft emalı zavodu Ukraynanın pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verən yanğın və ziyan səbəbindən 29 may tarixindən etibarən fəaliyyətini dayandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” sənaye mənbələrinə istinadən xəbər yayıb.

Məlumata əsasən, zavodun emal gücünün 40 faizini təmin edən AVT-1 xam neft distillə qurğusu da fəaliyyətini dayandırıb. AVT-6 və AVT-5 qurğularının da işini dayandırdığı bildirilir.

2024-cü ildə Volqoqrad neft emalı zavodu 13,5 milyon ton neft emal edib ki, bu da Rusiyanın ümumi neft emalı həcminin təxminən 5 faizinə bərabərdir.

Zavodda həmin il 6 milyon ton dizel, 1,9 milyon ton benzin və 700 min ton mazut istehsal olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ