Türkiyə Xarici İşlər Nazirliyi İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında fəaliyyət göstərən ekstremist yəhudi qruplarının Əl-Əqsa məscidinə basqınını və burada həyata keçirdikləri təxribatçı hərəkətləri qətiyyətlə pisləyib.
Turkustan.az xəbər verir ki, nazirliyin bəyanatında bildirilib ki, Əl-Əqsa məscidində İsrail bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsi də daxil olmaqla törədilən təxribatlar qəbuledilməzdir.
Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında deyilir:
“İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında olan ekstremist qrupların Əl-Əqsa məscidinə basqınını və burada İsrail bayrağının qaldırılması, dövlət himninin oxunması da daxil olmaqla həyata keçirdikləri təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik.
Qüdsün, xüsusilə də Əl-Əqsa məscidinin tarixi və hüquqi statusunu dəyişdirməyə yönəlmiş bu addımlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər.
İşğalçı İsrail qüvvələrinin müsəlman və xristian müqəddəs məkanlarına qarşı həyata keçirdiyi bu təhlükəli təxribatlar və pozuntular qarşısında beynəlxalq ictimaiyyəti İsrailə təzyiqi artırmağa çağırırıq”.
Aytən Yaşar/ Turkustan.az