Beş NATO ölkəsi Ruttenin Ukrayna təklifini rədd etdi – “The Telegraph”


Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Kanada NATO-nun baş katibi Mark Rutte tərəfindən irəli sürülən Ukraynaya hərbi yardım üçün ÜDM-in 0,25%-nin ayrılması təklifini bloklayıb.

Turkustan.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, Kiyevə dəstəyin artırılması ilə bağlı müzakirələr zamanı irəli sürülən bu təşəbbüs bir neçə aparıcı NATO ölkəsi tərəfindən qəbul edilməyib.

Məlumata əsasən, NATO baş katibi Mark Rutte planın kifayət qədər dəstək almadığını etiraf edib və onun həyata keçirilməyəcəyini bildirib. Bununla belə, o, təşəbbüsə qarşı çıxan ölkələrin adlarını açıqlamayıb.

Nəşr qeyd edir ki, Ukraynaya hərbi yardım üçün ÜDM-in 0,25%-dən çoxunu xərcləyən ən azı yeddi NATO üzvü ideyanı dəstəkləyib. Lakin qərarın təsdiqi üçün alyans üzvlərinin yekdil razılığı tələb olunur.

Mənbələrə görə, təşəbbüsün Ankarada keçiriləcək NATO sammitində qəbul olunması planlaşdırılırdı, lakin “Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Kanada bu ideyaya o qədər də maraq göstərməyib”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ