Ağ Ev: İranla razılaşmanın yekunlaşdırılması günlər çəkə bilər


Ağ Ev ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı prosesin müsbət istiqamətdə davam etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ mediasının yaydığı məlumata görə, Ağ Ev rəsmisi jurnalistlər üçün keçirdiyi brifinqdə Vaşinqton və Tehran arasında aparılan danışıqların son vəziyyətini dəyərləndirib.

Rəsmi bildirib ki, tərəflər razılaşmanın bu gün imzalanacağını gözləmirdilər və sənədin İranda təsdiqlənməsi prosesi bir neçə gün davam edə bilər.

O, ehtiyatlı nikbinlik nümayiş etdirərək qeyd edib: “Hazırda kifayət qədər yaxşı vəziyyətdəyik, lakin razılaşmanın pozulması ehtimalı hələ də qalır.”

Ağ Ev nümayəndəsi əlavə edib ki, razılaşma mətninin bəzi detalları üzrə müzakirələr davam edir: “Bəzi ifadələrlə bağlı danışıqlar hələ də gedir. Bizim üçün vacib olan məqamlar var, qarşı tərəf üçün də önəm daşıyan ifadələr mövcuddur".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ