Rusiya blokadasında qalan və Xerson vilayətinin Aleşki şəhəri və ətraf yaşayış məntəqələrində olan təxminən 6 min ukraynalı mülki şəxs Ukraynanın nəzarətindəki ərazilərə təxliyə ediləcək.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets “Ukrinform”a bildirib.
Onun sözlərinə görə, 200 uşağın da daxil olduğu təxminən 6 min mülki şəxsin təxliyəsi ilə bağlı danışıqlar hələ mayın 15-də aparılıb. İndi yalnız cəbhənin həmin hissəsində atəşkəs rejiminin elan olunması qalır.
“Bu günə olan vəziyyətə görə texniki baxımdan bütün məsələləri müzakirə etmişik. Biz Rusiya tərəfdən atəşin dayandırılması prosesinin başlanacağı və təxliyənin həyata keçiriləcəyi tarixlə bağlı cavab gözləyirik”, – deyə Lubinets qeyd edib. /axar.az/