Ukraynanın darmadağın etdiyi neft emalı zavodlarının sayı...


Ukrayna Rusiyanın Avropa hissəsindəki bütün əsas neft emalı zavodlarına hücum edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, ildə 1 milyon tondan çox neft emalı gücünə malik 33 zavodundan ən azı 24-ü hücuma məruz qalıb:

“158 hücumun həyata keçirildiyi təxmin edilir. 10 milyon tondan çox tutuma malik ən böyük neft emalı zavodlarından 11-dən 9-na hücum olunub. Uralın kənarında yerləşən yalnız iki böyük neft emalı zavodu - Omsk və Anqarsk hücumdan yayına bilib. Bəzi neft emalı zavodlarına 10-15 dəfə hücum edilib. Ötən gecə isə Ukrayna ordusu Yaroslavldakı neft emalı zavodunu hücuma mərzu qoyub. Mayın 20-si gecəsi baş verən hücumdan sonra Nijeqorod neft emalı zavodu fəaliyyətini dayandırıb”. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ