Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirlərinin Toplantısı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında yayılan məlumata görə, görüş NATO Xarici İşlər Nazirlərinin toplantısı çərçivəsində baş tutub. Paylaşımda tərəflər arasında keçirilən görüşlə bağlı görüntülər də yer alıb.
Aytən Yaşar/ Turkustan.az