Zelenski artıq Ankarada keçiriləcək NATO sammitinə dəvət olunub - Rutte


NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenskini gələn ay Türkiyənin paytaxtında keçiriləcək Alyans sammitinə dəvət etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, o, bu barədə Helsinqborqda NATO xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.

Rutte Prezident Zelenskinin iyun ayında Ankarada keçiriləcək liderlər sammitinə dəvət olunub -olunmayacağı ilə bağlı suala cavab olaraq bildirib: "Mən onu artıq dəvət etmişəm" .

Rutte əlavə edib ki, "O, Haaqada keçirilən sammitdə olduğu kimi, orada da olacaq".

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynaya hərbi dəstəyin davam etdirilməsi mövzusu Alyans liderlərinin növbəti sammitində əsas müzakirə mövzularından biri olacaq.

O, həmçinin müttəfiqləri Rusiyanın davam edən hərbi təcavüzü fonunda Ukraynanın müdafiəsinə töhfələrin daha ədalətli şəkildə bölüşdürülməsinə nail olmağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ