“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsi çərçivəsində Cəlilabad rayonunda monitorinq keçirib.
QHT.az xəbər verir ki, 20–21 may 2026-cı il tarixlərində aparılan monitorinq zamanı 18 yaşına çatmayan uşaqların təhsildən yayındırılaraq çiyələk plantasiyalarında, küçə ticarətində və tikinti sahələrində əməyə cəlb edilməsi halları müşahidə olunub. Həmçinin Cəlilabad şəhərinin mərkəzi küçələrində valideynləri tərəfindən dilənçiliyə cəlb edilən uşaqlara rast gəlinib.
Monitorinq zamanı məcburi əməyə cəlb edildiyi bildirilən uşaqların valideynləri və yaxın qohumları ilə profilaktik söhbətlər aparılıb. Onlara izah edilib ki, uşaqların ümumi orta təhsildən yayınmasına yol verilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır və cərimə ilə nəticələnə bilər.
Monitorinqin nəticələrinin aidiyyəti dövlət qurumlarına təqdim olunacağı bildirilib.










