ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard istefa verdi


ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard istefa ərizəsini prezident Donald Trampa təqdim edərək, buna səbəb kimi ərinin səhhətini göstərib.

Turkustan.az xəbər verir ki, Qabbard istefa ərizəsini ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında Prezident Trampa göndərib.

Məktubunda Qabbard Trampa bu təyinata görə təşəkkür edərək bildirib: "Həyat yoldaşım Abraham bu yaxınlarda olduqca nadir sümük xərçəngi növü diaqnozu qoyuldu. O, qarşıdakı həftələr və aylarda ciddi çətinliklərlə üzləşəcək. Bu mərhələdə onun yanında olmaq və bu mübarizədə ona tam dəstək olmaq üçün dövlət qulluğundan ayrılmalıyam".

Məktubunda Qabbard bu çətin dövrdə ərini tək qoymaq istəmədiyini bildirib və Trampa belə müraciət edib:

"Növbəti bir neçə həftə ərzində sizin və komandanızın rəhbərlikdə və ya əməliyyatda heç bir fasilə yaşamaması üçün rahat və hərtərəfli təhvil-təslim prosesini təmin etməyə tam sadiqəm. Ailəmiz adından bu son dərəcə şəxsi və çətin dövrdə anlayışınıza görə sizə təşəkkür edirəm".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ