Tramp oğlunun toyuna qatılmayacaq: “Dövlət işləri buna imkan vermir”


ABŞ prezidenti Donald Tramp böyük oğlu Donald Tramp Jr. və model Bettina Andersonun bu həftəsonu Baham adalarında keçiriləcək toy mərasiminə qatılmayacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə cümə günü özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Tramp paylaşımında bildirib: “Oğlum Don Jr. və Tramp ailəsinin ən yeni üzvü olacaq gələcək həyat yoldaşı Bettina ilə birlikdə olmağı çox istərdim. Lakin dövlət işləri və ABŞ-a olan məsuliyyətim buna imkan vermir”.

ABŞ prezidenti əlavə edib ki, hazırkı mühüm dövrdə Vaşinqtonda, Ağ Evdə qalmağın vacib olduğunu düşünür.

Sonda Tramp oğlunu və gələcək gəlinini təbrik edərək, “Don və Bettinanı təbrik edirəm”, – deyə qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ