Rubio: Ankara sammiti NATO tarixinin ən kritik görüşlərindən biri olacaq


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, NATO liderlərinin Ankarada keçiriləcək zirvə görüşü Prezident Donald Trampın alyansa dair “məyusluğunun” müzakirə olunacağı “ən vacib toplantılardan biri” olacaq.

Turkustan.az xəbər verir ki, Rubio qeyd edib ki, məsələ cari mərhələdə həll olunmayacaq və liderlər səviyyəsində müzakirə ediləcək.

ABŞ dövlət katibi Marko Rubio bu barədə İsveçdə keçirilən NATO Xarici İşlər Nazirlərinin toplantısında çıxışı zamanı danışıb.

İyul ayında Ankarada keçiriləcək NATO Zirvə Görüşünə toxunan Rubio bunun “NATO tarixində ən mühüm liderlər toplantılarından biri” olacağını vurğulayıb. O bildirib: “ABŞ Prezidenti Donald Tramp alyansın Yaxın Şərqdəki əməliyyatlarımıza münasibəti ilə bağlı narazılığını liderlər səviyyəsində gündəmə gətirəcək”.

Rubio əlavə edib ki, “Bu məsələ bu gün həll olunmayacaq. Bu, yalnız liderlər səviyyəsində müzakirə olunmalı olan bir mövzudur”.

ABŞ-ın Polşa ilə bağlı mövqeyinə də toxunan Rubio deyib: “Birləşmiş Ştatların qüvvələrin yerləşdirilməsi ilə bağlı qlobal öhdəlikləri var. Bu isə qoşunlarımızın hansı bölgələrdə yerləşdirilməsinin davamlı şəkildə yenidən qiymətləndirilməsini tələb edir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ