CHP-də kriz dərinləşir: Özəl Kılıçdaroğlunun zənginə cavab vermədi


CHP-nin 38-ci Adi Qurultayı ilə bağlı açılan iddia üzrə məhkəmənin verdiyi “tamamilə etibarsız” qərarı Türkiyə siyasətində gündəmi müəyyənləşdirməyə davam edir.

Turkustan.az xəbər verir ki, qərara əsasən, Özgür Özəl və hazırkı partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, partiya rəhbərliyinin isə Kamal Kılıçdaroğlu və əvvəlki komandanın nəzarətinə keçəcəyi gözlənilir.

Qərardan sonra CHP daxilində yaranan gərginlik diqqət mərkəzinə çevrilib. Xüsusilə Kamal Kılıçdaroğlu ilə Özgür Özel arasında münasibətlərin necə olacağı və tərəflər arasında əlaqənin qurulub-qurulmadığı siyasi dairələrdə geniş müzakirə olunur.

Məlumata görə, Kamal Kılıçdaroğlu dünən axşam Özgür Özələ telefonla zəng edib. Lakin Özgür Özel açıqlamasında həmin zəngə cavab vermədiyini bildirərək, “Zəng etdi, amma mən cavab vermədim. Bundan başqa, nədən danışacağıq?” ifadələrini işlədib.

Özel bu gün verdiyi digər açıqlamada isə bu dəfə Kılıçdaroğlu ilə əlaqə saxlamağa çalışanın özü olduğunu, lakin telefonun söndürülü olduğunu deyib.

Tərəflər arasında yaşanan bu qarşılıqlı açıqlamalar CHP daxilindəki gərginliyin daha da artdığı ilə bağlı şərhlərə səbəb olsa da, gözlənilən telefon danışığının qısa müddət sonra baş tutduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ