Pezeşkian: “Sionist media həqiqətlərin görünməsinə mane olur”


İran Prezidenti Məsud Pezeşkian bəzi media qurumlarının İsrailin nəzarəti altında fəaliyyət göstərdiyini və təbliğat apardığını iddia edərək, “Sionist media ictimaiyyətin həqiqəti görməsinə imkan vermir” deyib.

Turkustan.az xəbər verir ki, İran Tələbələri Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Pezeşkian bu fikirləri medianın cəmiyyətdəki rolu ilə bağlı çıxışı zamanı səsləndirib.

Prezident Pezeşkian ictimaiyyətin düzgün məlumatlandırılması üçün sosial mediadan səmərəli istifadənin vacibliyini vurğulayıb. O bildirib ki, “Sionist media ictimaiyyətin həqiqəti görməsinə mane olur”.

Pezeşkian qeyd edib ki, cəmiyyətin obyektiv və dəqiq məlumatlandırılması media sahəsində çalışanların əsas məsuliyyətlərindən biridir. Onun sözlərinə görə, xüsusilə sosial məsələlərdə mövcud kommunikasiya vasitələrindən effektiv istifadə etməklə daha geniş auditoriyaya çatmaq və ictimai məlumatlılığı artırmaq mümkündür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ