Gənc ASAM İstanbul Universitetində Şimali Kipr Türk Respublikası Prezidentinin iştiraki ilə beynəlxalq simpozium keçirdi


Dünən İstanbul Universitetində Avrasiya Bir Vəqfi Gənclik Mərkəzi ilə İstanbul Universiteti Siyasi Bilimlər Fakultəsinin birgə təşkil etdiyi “I Beynəlxalq Münasibətlər və Hüquq Simpoziumu” keşirildi.

Açıklama yok.

Simpoziumun açılışını edən Vəqfin müdürü, tanınmış şair, jurnalist Özcan Ünlü sözlərini Şimali Kipr Türk Respublikasının mərhum Prezidenti Rauf Denkdanşın “Başımın üstündə biri Türk bayrağı, digəri Şimali Kipr Türk Respublikasının bayrağı, hər ikisi də mənim qanımla, canımla sulanmışdır” deyərək Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürməni və tədbir iştirakçılarını salamladı, ardından sayqı duruşu və İstiqlal Marşı ilə proqram davam etdi.

Açıklama yok.

İlk çıxış edən Avrasiya Bir Vəqfi Gənclik qolları başqanı Çağrı Batuhan Budaq bunları dedi; “Biz bu gün milli duruşun qalası olan İstanbul Universitetində sadəcə bir akademik toplantı keçirmirik, həmçinin bir mübarizənin qururlu keçmişindən və sarsılmaz gücündən danışırıq. Şimali Kipr Şəhid qanları ilə suvarılan əziz bir Vətən torpağıdır, “Şimali Kipr Türkdür, Türk qalacaq!” bizim üçün sadəcə bir şüar deyil, nəsildən-nəsilə ötürülən bir anddır. Şimali Kipr Türkləri ilə yanaşı könül coğrafiyamızın digər yarası olan Qərbi Trakya Türklərini də unutmadıq, onlar Lozan Sözləşməsindən irəli gələn haqları qəsb edilməyə çalışılan, kimlikləri və inancları uğrunda çətin bir hüquq mücadiləsi verən öz qardaşlarımızıdır, onların haqlı mübarizəsi bizim mübarizəmizdir. Türkiyə Respublikasının güclü varlığı dünyanın hər yerində yaşayan Türklər üçün böyük önəm daşıyır. Gənclərə səslənərək onu demək istəyirəm ki, siz bu mübarizənin gələcəyisiniz, Şəhidlərimizin əmanətini, biliklə, hüquqla və sarsılmaz milli şüurla idarə edəcək olan sizlərsiniz”.

Açıklama yok.

Daha sonra çıxış edən İstanbul Universiteti rektoru professor Osman Bülənd Zülfükar hər kəsi salamlayaraq İstanbul Universitetinin belə bir önəmli tədbirə ev sahibliyi etdiyi üçün məmnun olduğunu vurğulayaraq bildirdi ki; “Şimali Kipr məsələsi şərqi Ağ Dənizin və Türk Dünyasının gələcəyi üçün çox önəmlidir. Bunun üçün də bu simpoziumu təşkil edən Avrasiya Bir Vəqfinə, dəyərli alimlərə, panelistlərə və gənclərə çox təşəkkür edirəm. Bu gün müzakirə ediləcək məsələlər çox kritik və önəmlidir - Şimali Kipr, Şərqi Ağdəniz, Qərbi Trakya, güvənlik, enerji, əmin amanlıq. Mən inanıram ki, dəyərli elm adamlarımız bu məsələnin hüquqi tərəflərini ətraflı təhlil edəcək və beynəlxalq hüquq çərçivəsində gələcək mərhələlərdə mühüm rol oynayan önəmli tezislər çıxaracaqlar. Bu gün Şərqi Kiprdə demokratik iradə mövcuddur və bu iradənin Kiprin gələcəyi üçün müsbət addımlar atacağına inanıram”.

Açıklama yok.

Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürmən “2013-cü ildən bəri kürsüyə həsrət bir elm adamı kimi bu tarixi binada və tarixi salonda sizlərə xitab etmək fürsəti əldə etdiyim üçün çox sevicliyəm” deyərək sözlərinə başladı. İlk öncə bilginin önəmindən danışan prezident vurğuladı ki: “O zaman kompyüter olmadığı üçün o, ilk kitabını daktilo (keçmiş mexaniki yazı maşını) ilə yazıb, hal hazırda isə artıq texnologiya inkişaf edib və hər şey bir düymə ilə həll edilir, ona görə də gənclərin daha çox bilgi əldə etmək imkanı var, amma bunu doğru istiqamətdə istifadə etmək lazımdır, məsələn mən professor deyiləm, dosentəm, amma hər yerdə professor deyə yazılır, mən Xataylı deyiləm, amma “google”də Xatay Samandağlı olduğum yazılıb, ona görə də diqqətli olmaq və bu imkanlardan doğru istifadə etmək lazımdır. Bir də bilim dünyasında, televiziyalarda ən çox istifadə edilən “artıq” kəliməsi var, “artıq beynəlxalq münasibətlərdə qaydalara əsaslanan dövr qapannmışdır, yeni bir dönəmə keçdik güc və mənfəət həlledici olacaq” deyə səsləndirilir. Dəyərli bilim insanlarımıza soruşuram, hansı dövr belə deyildi ki, nə zaman fərqlisi var idi, yenimi keçirik? Qaydalara əsaslanan dövr ilə güc və mənfəət əlaqələrinin daim gərginlik və bir-biri ilə yarışdığı dönəmlər yaşadı beynəlxalq əlaqələr də, beynəlxalq hüquq da, bunu biz bilirik. Türkiyə Prezidentinin dediyi bir söz var “dünya beşdən böyükdür”, bu söz niyə deyildi, çünkü Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş üzvü var, bu yeni bir şey deyil, ikinci dünya müharibəsindən sonra bu belədir, bu da o deməkdir ki, o zamandan etibarən güc və mənfəət məsələsi ədalətin, bərabərliyin tərəzisini pozurdu. Başqa bir nümunə Qəzzada baş verən insan hüquqlarının pozulmasından, soyqırımdan sonra biz necə insan haqları sözləşməsindən bəhs edə bilərik, amma bu ciddi sual bu günmü soruşulur ilk dəfə, bəs 1995- ci ildə Serebrenitsa qətliamı unutuldumu, orada da günahsəz uşaqlar qətl edildi. Otuz il aradan zaman keçdiyi üçün yaddaş geriyə niyə getmir?! Amma biz insan haqları sözləşmələrini pozanların qarşısında durmalı, qətliama məruz qalanları, uşaqları, insanlığı müdafiə etməliyik. Ona görə də “artıq” kəliməsi məni hürkütən bir kəlimədi, tarixi doğru oxutmaq lazımdır, bu gərginlik həmişə vardır. Məsələ ondan ibarətdir ki, biz bu gərginliyin harasında durmalıyıq, mədəniyyət bizim bu gərginliyin qaydalara əsaslanan yaşam tərəfində durmağımızı gərəkdirir deyə düşünənlərdənəm. Cəhalət məsələsinə gəlincə hər kəs hər şeyi bilmək məcburiyyətində deyil, amma hər kəs bilmədiyini öyrənmək məcburiyyətindədir. Son zamanlar media pis vəziyyətdədir, bu da bizi doğru bilgi əldə etmək üçün müxtəlif əngəllərlə qarşı-qarşıya qoyur, bundan uzaqlaşmamız lazımdır. Məsələn, Şimali Kiprdə olanlarla bağlı bir zaman çox yanlış bilgilər vardı. Öncə Kipri bilmək lazımdır, kiprlilərin varoluş mübarizəsini bilmək lazımdır. Bir hüquqşünas kimi deyirəm ki, Şimali Kipr 1960- cı ildən etibarən qanuni olaraq təsbit edilmiş bu adadakı iki bərabərhüquqlu qurucu ortaqdan biridir. Kimsə bizim bərabəyliyimizi hüquqi olaraq müzakirə mövzusu edə bilməz, biz əvvəl də belə idik, indi də beləyik. Əslində bizim 1974- cü ildən sonra qurduğumuz dövlətin adı Kipr Türk Federativ Dövlətidir, yunanlara dedik ki, siz də Kipr Yunan Federativ Dövlətini qurun. Bu gün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarında yer alan tezis orjinalında da rəhmətlik Ecevitlə Ərbakanın başlatdığı müddətdə ortaya qoyulan Türk tezisidir ki, bu da diplomatiya ilə gerçəkləşmişdir. 1983- cü ildə Şimali Kipr Türk Respublikası quruldu və 1983-84 - cü illərdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəs izlik Şurasının Şimali Kipr Türk Respublikasının tanınmaması ilə bağlı iki qərarı çıxdı. 2026-ci ilə gəlmişik, hələ də Şimali Kipr Türkləri üzərindəki izolyasiya tətbiqi davam edir. Son olaraq demək istəyirəm ki, bütün bunlara baxmayaraq kimsə bizi görməzdən gələ bilməz, bizimlə yoxmuşuq kimi davrana bilməz, Şimali Kipr Türk Respublikası iki bərabərhüquqlu qurucu ortaqdan biridir, ortaq suverenlik haqqından da əsla vaz keçməyəcəkdir”.

Simpozium fərqli mözularda dəyərli bilim insanlarının iştirak etdiyi panellərlə öz işini başa çatdırdı.

Yaqut Misirxanlı
İstanbuldan xüsusi ilə "Türküstan" üçün

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ