İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edən əsas siyasi qüvvələrin yeni reytinqi açıqlanıb.
Turkustan.az Şavaşmedia-ya istinadla xəbər verir ki, bu barədə “Gallup”ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan məlumat yayıb.
Respondentlərin 28,8 faizi hakim Mülki Müqavilə Partiyasına (Nikol Paşinyan), 14,9 faizi “Güclü Ermənistan” blokuna (Samvel Karapetyan), 12,1 faizi “Ermənistan” blokuna (Robert Köçəryan), 8,7 faizi Çiçəklənən Ermənistan Partiyasına (Qagik Çarukyan) və 5,8 faizi Birlik Qanadları Partiyasına səs verəcəyini deyib.
19-21 may tarixlərində keçirilən telefon sorğusunda 1102 nəfər iştirak edib.