Tehranın ən sərt qırmızı xətti: Uran yox olmayacaq


İran və ABŞ arasında gərginliyin azaldılması və nüvə məsələsinin həlli istiqamətində diplomatik fəaliyyətin davam etdiyi bir vaxtda, Tehranın “yüksək zənginləşdirilmiş uran ölkəni tərk etməyəcək” mesajı danışıqlarda əsas mövzulardan biri üzrə möhkəm mövqenin saxlanıldığını göstərir.

Turkustan.az xəbər verir ki, İran rəsmilərinin bu mövqeyi nüvə proqramına dair məsələnin təkcə texniki deyil, həm də ölkənin təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirildiyini ortaya qoyur. Bu yanaşma İsrail və ABŞ-dan gələn potensial təhdidlər fonunda Tehranın özünü müdafiə mexanizmi kimi izah edilir.

Eyni zamanda, Vaşinqtonun təzyiq ritorikasını davam etdirməsi, Pakistanın vasitəçilik cəhdləri və İranın strateji uran ehtiyatları ətrafında yaranan gərginlik regionda kövrək balansın daha da həssas mərhələyə keçdiyini göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ