İranın ABŞ-a cavabı: Müharibəyə qayıtmaq daha çox sürprizlər gətirəcək


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a sərt xəbərdarlıq edərək bildirib ki, Vaşinqton İrana qarşı hücumları yenidən başlatsa, bunun daha ağır nəticələri olacaq.

Turkustan.az xəbər verir ki, Əraqçi açıqlamasında “əldə olunan təcrübə və məlumatların” İranın mümkün yeni qarşıdurmaya daha hazırlıqlı olmasına imkan verdiyini vurğulayıb. O bildirib: “Alınan dərslər və topladığımız məlumatlarla müharibəyə qayıdış daha çox sürprizlərlə müşayiət olunacaq”.

İran hökumətinin açıqlaması ABŞ prezidenti Donald Trampın son hücum təhdidlərinə cavab olaraq yayılıb.

Abbas Əraqçi sosial media hesabındakı paylaşımında qeyd edib ki, ABŞ Konqresi müharibə ayları ərzində milyardlarla dollar dəyərində çoxsaylı təyyarə itkilərini etiraf edib. İranlı nazir həmçinin iddia edib ki, İran silahlı qüvvələri ABŞ-ın “ən müasir döyüş təyyarələrindən biri olan F-35-i vuran ilk tərəf” olub.

Əraqçi vurğulayıb ki, ABŞ mümkün yeni hücum qərarı verərsə, əvvəlkindən daha yüksək bədəl ödəməli olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ