NYT iddiası: İran üçün Əhmədinejad ssenarisi hazırlanıb


ABŞ və İsrailin İrana qarşı hücumlarının və nəticədə müvəqqəti atəşkəsin məqsədlərindən birinin ilkin mərhələdə rejim dəyişikliyindən sonra İranın keçmiş prezidenti Əhmədinejadın hakimiyyətə qayıtması olduğu irəli sürülüb.

Turkustan.az xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı və qarşılıqlı hücumlardan sonra müvəqqəti atəşkəslə başa çatan hücumların məqsədlərindən birinin rejim dəyişikliyindən sonra İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın yenidən hakimiyyətə gətirilməsi olduğu iddia edilib.

“New York Times” (NYT) qəzetinə verdiyi müsahibədə ABŞ rəsmiləri iddia ediblər ki, Vaşinqton administrasiyası və İsrail hücumların ilk günündə evinin qarşısındakı ərazini bombalayaraq Əhmədinejadın “azad edilməsi” istəyiblər.

Rəsmilər iddia edirdilər ki, plan müharibənin ilk günündə İrandakı rejimi devirmək və ABŞ/İsrail hücumlarında öldürülən İran lideri Ayətullah Əli Xameneini Əhmədinejadla əvəz etmək idi, lakin bunun əks nəticə verdiyi bildirilirdi.

İsrail Hərbi Hava Qüvvələrinin hücumunun Əhmədinejadın "ev dustaqlığından azad edilməsi planı" çərçivəsində onu nəzarətdə saxlayan mühafizəçiləri öldürmək məqsədi daşıdığını iddia edən ABŞ rəsmiləri, Əhmədinejadın Tehrandakı evinə edilən hücumda yaralandığını iddia etdilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ