ABŞ Yaxın Şərqdə Ukraynanın dron əleyhinə texnologiyasını yerləşdirir - Reuters


ABŞ ordusu son həftələrdə Səudiyyə Ərəbistanı ərazisində yerləşən əsas ABŞ hava bazasında dronlarla mübarizə məqsədilə Ukrayna texnologiyasını tətbiq edir.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters agentliyi beş məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata əsasən, Ukraynanın “Sky Map” texnologiya platforması Şahzadə Sultan Hava Bazası ərazisində yerləşdirilib. Bu barədə məlumat daha əvvəl açıqlanmamışdı və Ukrayna ordusunun dron əleyhinə texnologiyalar sahəsində sürətli inkişafını göstərir.

Söhbət Rusiya-ya qarşı dörd il davam edən müharibə zamanı döyüşlərdə sınaqdan keçirilmiş texnologiyalardan gedir.

Qeyd olunur ki, Ukrayna hərbçiləri son həftələrdə ABŞ qırıcı təyyarələrinin ekipajlarına “Sky Map” proqramı üzrə təlim keçmək üçün Səudiyyə Ərəbistanındakı bazaya gəliblər. Bu proqram Ukrayna ordusu tərəfindən dronlardan, xüsusilə də Şahid dronları kimi təhdidləri aşkar etmək üçün geniş istifadə olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ