Mindən çox sənətçi Eurovisionu boykot etməyə çağırdı


İsrailin iştirakı səbəbindən mindən çox sənətçi 2026-cı ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsini boykot etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, "Soyqırımına Musiqi Yoxdur" kampaniyasının veb saytında 1000-dən çox sənətçinin imzaladığı açıq məktub dərc edilib.

Qəzzada soyqırım üç ildir davam etsə də, İsrailin səhnədəki varlığını tənqid edən bəyanatda Rusiyanın Ukraynaya hücumlarına görə Avroviziyadan kənarlaşdırıldığı da xatırladılıb.

Bəyanatda deyilir: "Musiqiçilər və mədəniyyət işçiləri olaraq, bir çoxumuz Avropa Yayım Birliyi (EBU) bölgəsində yaşayırıq. İsrailin soyqırımını, mühasirəsini və fələstinlilərə qarşı qəddar hərbi işğalını ört-basdır etmək və normallaşdırmaq üçün Avroviziyanın istifadəsini rədd edirik. EBU onun əlaltısı olan İsrail yayımçısı KAN-ı qadağan edənə qədər, ictimai yayımçıların, sənətçilərin, əyləncə təşkilatçılarının, heyətin və azarkeşlərin Avrovizionu boykot etmək çağırışlarını dəstəkləyirik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ