Əfqanıstanda şiddətli yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi bildirib ki, son 12 gündür ölkənin müxtəlif bölgələrində davam edən güclü yağışlar yaxın günlərdə də davam edə bilər.
Rəsmi məlumata görə, təbii fəlakətlər nəticəsində 110 nəfər həyatını itirib, 160 nəfər yaralanıb. Həmçinin 958 ev tamamilə dağılıb, 4155 ev isə qismən zərər görüb.
Bundan əlavə, müəssisələr, əkin sahələri, suvarma kanalları və içməli su quyuları da ciddi ziyan görüb. Ümumilikdə 6122 ailənin bu fəlakətdən təsirləndiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az