ABŞ Prezidenti Donald Tramp artıq açıq şəkildə İranı söyür. O, İrandan güzəştə getməsini tələb edir.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Tramp əvvəlcə 48 saatlıq ultimatum elan etdi. Və sonra onu uzatdı. Trampın ultimatumunun müddəti artıq çərşənbə axşamından çərşənbəyə keçən gecə başa çatır. Tramp İrana cəhənnəmi yaşadacağını vəd edir. Bütün dünya 8 aprel çərşənbə günü baş verəcək eskalasiyanı gözləyir”, - o bildirib.