ABŞ prezidenti Donald Tramp İranın atəşkəs tələb etdiyini iddia edərək, Hörmüz boğazı yenidən açılana qədər hücumların dayandırılmayacağını bildirib.
Turkustan.azxəbər verir ki, bu açıqlamadan dərhal sonra İran İsrailə qarşı yeni hücum dalğasına başlayıb.
Tehran rejiminin raket atışlarından sonra Təl-Əvivdə dəfələrlə siren səsləri eşidilib, ardınca güclü partlayış baş verib. İsrail mediası bu ardıcıl hücumları "qeyri-adi" adlandırıb.
Tramp özünün Truth Social hesabında paylaşım edərək bildirib: "Əvvəlki liderlərdən daha az radikal və daha ağıllı olan İranın yeni prezidenti ABŞ-dan atəşkəs istəyib! Hörmüz boğazı açıq, azad və təhlükəsiz olanda bunu nəzərdən keçirəcəyik. O vaxta qədər İranı məhvə və ya necə deyərlər, Daş dövrünə qədər bombalamağa davam edəcəyik!"
Aytən Yaşar/ Turkustan.az