İraqdakı Kürdüstan Vətənpərvərlər Birliyinin (PUK) rəhbəri Bafel Tələbani İrandakı siyasi vəziyyətlə bağlı şərh verib.
Turkustan.az xəbər verir ki, Fox News-a danışan Tələbani İsrail və ABŞ-ın İrana hücumu ilə başlayan münaqişənin daha da şiddətlənəcəyinə inandığını bildirib.
Tələbani İrandakı siyasi vəziyyətlə bağlı deyib: "Hazırda rejim dəyişikliyi ehtimal olunmur".
O, İranın xarici işlər naziri Abbas Araqçı ilə telefon danışığı apardığını və Araqçının hücumlar başlamazdan əvvəl aparılan danışıqların müsbət nəticələndiyinə inandığını bildirib.
Tələbani bildirib ki, "Bu, onlar üçün tamamilə həyati əhəmiyyətli bir məsələdir. Məndə belə bir təəssürat yaranıb ki, onlar sülh danışıqlarına açıqdırlar və bu, real olaraq bu problemin yeganə real həllidir".
Aytən Yaşar/ Turkustan.az