Nüvə başlıqlarımız Türkiyə üçün hazırdır - Pakistan


Dünya ABŞ, İsrail və İran arasındakı gərginliyi müzakirə etməyə davam edir.

Turkustan.az xəbər verir ki, raket mübadiləsi səkkizinci gününə qədəm qoyub. Ağ Evin sözçüsü Karolin Livit bildirib ki, ABŞ İrana qarşı hədəflənmiş hücumunu dörd-altı həftə ərzində başa çatdırmağı gözləyir.

ABŞ prezidenti Donald Tramp "İranla qeyd-şərtsiz təslim olmaqdan başqa heç bir razılaşma olmayacaq" ifadəsini bir addım daha irəli apardı. Bölgədəki hadisələr diqqətlə izlənilərkən, Pakistanın general-mayoru Abbas Qumman Türkiyəyə dəstək bəyanatı verdi .

Qumman bildirib ki, "Nüvə başlıqlarımız Türkiyə üçün hazırdır. Qoy Türkiyə bizə nə vaxt yerləşdirilməli olduqlarını desin".

İspaniya Baş naziri Sançez ilə birgə mətbuat konfransında danışan Portuqaliya Baş naziri Monteneqro Türkiyənin müttəfiq və dost ölkə olduğunu vurğuladı və Türkiyəni dəstəklədiklərini bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ