İran üzr istəyib və kapitulyasiya edib – Tramp


ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın üzrünü şərh edərək bildirib ki, bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social”da yazıb.

“İran qonşulara daha atəş açmayacağına söz verib. Bu söz yalnız ABŞ və İsrailin amansız hücumu sayəsində verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və orada hökmranlıq etmək istəyirdilər. Bu, min illər ərzində İranın ilk dəfə ətraf Yaxın Şərq ölkələrinə məğlub olmasıdır”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ