Dünyanın yuxusunu qaçırdacaq ssenari reallığa çevrilir: Çin hazırlığa başladı


ABŞ kəşfiyyatı Çinin İrana maliyyə dəstəyi, ehtiyat hissələri və raketlə bağlı komponentlər təqdim edə biləcəyini ehtimal edir.

Turkustan.az xəbər verir ki, CNN-in məsələ ilə tanış olan üç mənbəyə istinadən yaydığı məlumata görə, Pekin indiyə qədər münaqişəyə birbaşa müdaxilədən çəkinib. Bununla belə, ABŞ rəsmiləri Çinin mövqeyinin dəyişə biləcəyini göstərən mümkün addımları yaxından izləyir.

Hesabatda qeyd olunur ki, Çin İran neftinin ən böyük alıcılarından biridir. Bildirilir ki, Pekin həmçinin Tehrana ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsinin vacibliyini çatdırıb.

Kəşfiyyat mənbələrindən biri CNN-ə bildirib ki, Pekin potensial dəstək məsələsində ehtiyatlı davranır. Mənbənin sözlərinə görə, bunun əsas səbəblərindən biri müharibənin Çinin enerji təhlükəsizliyinə mümkün təsiridir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) isə kəşfiyyat qiymətləndirmələri ilə bağlı şərh verməkdən imtina edib.

Hesabatda həmçinin Rusiyanın İrana peyk görüntüləri və hədəf kəşfiyyatı təqdim etdiyi iddiaları da yer alıb. Xüsusilə, Rusiyanın ABŞ qüvvələrinin yerləşməsi və hərəkətləri barədə məlumatları Tehranla paylaşdığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ