7 gündən sonra ilk! Çin qlobal gərginliyi növbəti səviyyəyə qaldıracaq bir addım atır


Tayvan Müdafiə Nazirliyinin məlumatına görə cümə günü saat 06:00-dan şənbə günü saat 06:00-dək ada ətrafında iki Çin hərbi təyyarəsi, altı Çin hərbi gəmisi və bir rəsmi gəmi aşkarlanıb.

Turkustan.az xəbər verir ki, rəsmilər bildiriblər ki, Çin təyyarələrindən ikisi Tayvanın cənub-qərbində yerləşən Hava Hücumundan Müdafiə Tanınma Zonasına (ADIZ) daxil olub.

Tayvan ordusu Çin ordusunun fəaliyyətini yaxından izlədiyini açıqlayıb. Buna cavab olaraq Taybey hökuməti qırıcı təyyarələr, hərbi-dəniz gəmiləri və sahil raket sistemlərini yerləşdirərək Çin Xalq Azadlıq Ordusunun hərəkətlərinə nəzarət edib.

Qeyd edək ki, Çin daha əvvəl Tayvan ətrafında hava fəaliyyətini yeddi gün müddətinə dayandırmışdı. Lakin son uçuşlar zamanı pozuntuların yenidən qeydə alındığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ