Dubay aeroportu vuruldu - Təyyarələr eniş edə bilmir


İrana məxsus pilotsuz təyyarə Dubay Beynəlxalq Hava Limanına düşüb. Şahidlər partlayış səsi eşitdiklərini, ardınca isə tüstü qalxdığını bildiriblər.

Turkustan.az AFP-yə istinadən xəbər verir ki, sərnişin təyyarələri hava limanının üzərində dövrə vurur və ehtimal ki, eniş icazəsini gözləyirlər. Dubay sakinləri raket xəbərdarlıqları alırlar.

Xidmətin məlumatına görə, Dubay Beynəlxalq Hava Limanı bağlıdır, təyyarələr bir neçə saatdır ki, BƏƏ üzərində havada uçur. Aeroportun bağlandığı bildirilir. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ