İrandan Azərbaycana nə gətirilir: Hansı məhsullar bahalaşa bilər?


Son günlər Azərbaycan və İran arasındakı siyasi gərginlik iqtisadi sahəyə də öz təsirini göstərir.

Dövlət sərhədində yük avtomobillərinin müvəqqəti dayandırılması qərarı iki ölkə arasındakı ticarət dövriyyəsini məhdudlaşdırır və logistika proseslərini yavaşladır.

Buna görə də idxal və ixrac proseslərində gecikmələr, qiymət artımları və bəzi məhsulların çatdırılmasında çətinliklər müşahidə oluna bilər.

Bəs Azərbaycana İrandan hansı məhsullar gətirilir?

Turkustan.az xəbər verir ki, Azərbaycana İrandan idxal edilən məhsullar müxtəlif sahələri əhatə edir.

Kənd təsərrüfatı və ərzaq məhsulları əsas yer tutur. Buraya kartof, sitrus meyvələri, digər tərəvəz və meyvələr, həmçinin quru meyvələr daxildir. Eyni zamanda, süd məhsulları, kərə yağı, şirniyyat və un məmulatları, eləcə də bəzi hazır qida məhsulları idxal edilir.

Heyvandarlıq sahəsi üçün də İrandan müxtəlif məhsullar gətirilir. Buraya heyvandarlıq məhsulları, yem və digər kənd təsərrüfatı xammalları daxildir. Tikinti və sənaye sahəsində İran idxalı əsasən tikinti materialları, sənaye üçün xammal və yarımfabrikatlardan ibarətdir.

Bundan başqa, gündəlik istifadə üçün ucuz məişət məhsulları və bəzi plastik materiallar da idxal olunur. Bu məhsullar həm yerli istehsalda istifadə edilir, həm də bazarda tələbatı ödəyir.

Beləliklə, İran Azərbaycana həm ərzaq, həm kənd təsərrüfatı, həm sənaye, həm də gündəlik istehlak mallarını ixrac edir ki, bu da ölkədə həm bazar ehtiyacını qarşılayır, həm də istehsal sahələrinə dəstək verir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ