Pezeşkian: Hücumlarımız yalnız ABŞ hərbi obyektlərinə yönəlib


Məsud Pezeşkian bildirib ki, ölkəsi həmişə region ölkələri ilə mehriban qonşuluq münasibətlərinin qorunmasına, milli suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipinə sadiq olub.

Turkustan.az xəbər verir ki, bu, İranın özünümüdafiə hüququnu istisna etmir.

Prezident ABŞ-da yerləşən X sosial media platformasında paylaşdığı mesajda ölkəsinin müttəfiq dövlətlərə hücum etmədiyini, yalnız regionda yerləşən ABŞ hərbi bazalarını və obyektlərini hədəf aldığını bildirib.

O əlavə edib:
“İranın müdafiə əməliyyatları yalnız İran xalqına qarşı təcavüzkar hərəkətlərin mənbəyi olan hədəflərə və obyektlərə yönəlib və biz bunları qanuni hədəflər hesab edirik.”

Pezeshkian region ölkələrinə raket hücumları ilə bağlı deyib:
“Biz dost və müttəfiq ölkələrimizə hücum etmədik. Hədəfimiz yalnız regiondakı Amerika bazaları və hərbi obyektlər olub.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ