İran kürd kartını oynamaq istəyən Trampa qarşı əks addım atır


İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İrana qarşı yerləşdirməyə çalışdığı silahlı qrupların Şimali İraqdakı mövqelərinə raket zərbələri endirdiyini açıqlayıb .

Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasına görə , bu səhər yerli vaxtla saat 4:30-da İran İnqilab Keşikçiləri Korpusuna məxsus raket bölməsi tərəfindən Şimali İraqdakı separatçı qrupların mövqelərinə üç nöqtədən zərbələr endirilib.

Bəyanatda xəbərdarlıq edilib ki, Şimali İraqdakı terrorçu separatçı qruplar "İranın ərazi bütövlüyünə qarşı hər hansı bir cəhd göstərsələr, İranın cavabı böyük olacaq".

ABŞ administrasiyasının İraq Kürdüstan Regional Hökumətinə (İKRH) sığınmış İran müxalifət qrupları və İran kürd müxalifət nümayəndələri ilə hərbi dəstək verilməsi ilə bağlı fəal danışıqlar apardığı iddia edilmişdi. CNN-ə danışan bir İran mənbəsi bəzi silahlı İran müxalifət qruplarının İranın qərbində hərəkətlər planlaşdırdığını və ABŞ və İsraildən dəstək gözlədiyini bildirdi.

Pentaqonun keçmiş rəsmisi və CNN-in milli təhlükəsizlik üzrə mütəxəssisi Aleks Plitsas iddia edib ki, "ABŞ kürdləri silahlandırmaqla İran üsyanını sürətləndirməyə çalışır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ