Almaniya Baş nazirinin müavini və maliyyə naziri Lars Klingbeil ölkəsinin ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak etməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Klinqbeyl Almaniya Yayım Şəbəkəsinə (RND) verdiyi müsahibədə ABŞ-İsrail münasibətləri ilə İran arasındakı müharibənin mümkün qədər tez bitməli və danışıqların yenidən başlamalı olduğunu bildirib və əlavə edib ki, müharibə nə qədər uzun sürərsə, iqtisadi nəticələr bir o qədər böyük olacaq.
Bu müharibənin beynəlxalq hüquqa uyğun olub-olmadığı ilə bağlı sualı cavablandıran Klingbeil bildirib: “Bu məsələ Xarici İşlər Nazirliyinin araşdırması nəticəsində aydınlaşacaq. Lakin bu müharibənin beynəlxalq hüquq baxımından legitimliyinə dair ciddi şübhələrim var”.
Təhlükəsizlik baxımından Almaniyanın bu müharibəyə cəlb olunma ehtimalı barədə suala cavab verən Klingbeil deyib: “Bunu çox açıq demək istəyirəm: Bu bizim müharibəmiz deyil. Biz bu müharibədə iştirak etməyəcəyik”.
Klingbeil həmçinin qaydaların artıq işləmədiyi bir dünyaya doğru sürüşməyin təhlükəli olduğunu vurğulayaraq əlavə edib: “Biz yalnız güclülərin haqlı olduğu bir dünyada yaşamaq istəmirik”.
Aytən Yaşar/ Turkustan.az