Trampın dünyanı həyəcanlandıran mesajı! O, bu günə işarə etdi


ABŞ, İsrail və İran arasında davam edən müharibənin səkkizinci günündə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni bir açıqlama verdi.

Turkustan.az xəbər verir ki, Tramp öz qiymətləndirməsində İrana qarşı sərt hərbi əməliyyat aparılacağını bildirdi. Tramp açıqlamasında "Bu gün İrana çox ağır zərbə vurulacaq" deyib.

Tramp həmçinin İranın davranışını sərt şəkildə tənqid edərək, bəzi bölgələrin və insan qruplarının İranın "pis davranışı" səbəbindən hədəfə çevrilə biləcəyini bildirib.

ABŞ prezidenti bildirib: "İranın pis davranışı səbəbindən əvvəllər hədəf hesab edilməyən ərazilər və insan qrupları tamamilə məhv olmaq və müəyyən ölüm riski altındadır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ