ABŞ prezidenti Donald Tramp Əli Xameneinin oğlu Müctəba Xameneinin potensial yeni lider olmasının qəbuledilməz olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Tramp yeni liderin seçilməsində onun iştirak etməli olduğunu bildirib.
Tramp, Mojtaba Xameneinin "əhəmiyyətsiz" olduğunu iddia edərkən, "Xameneinin oğlu mənim üçün qəbuledilməzdir. Biz İrana sülh və harmoniya gətirəcək birini istəyirik" dedi.
Tramp bu məsələdə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezi nümunə göstərib.
Aytən Yaşar/ Turkustan.az