Ermənistan rus sərhədçilərinin mərhələli şəkildə əvəzlənməsi imkanlarını nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Ermənistan sərhədçiləri ölkənin imkanları artdıqca İran və Türkiyə ilə sərhədin müxtəlif hissələrində yerləşdiriləcək.
Paşinyan qeyd edib ki, hazırda Ermənistan Rusiyaya sərhəd mühafizəsi xidmətinə görə ödəniş edir və bəzi hallarda rus tərəfi bu ödənişlərin artırılması məsələsini qaldırıb.
Baş nazir bildirib ki, dövlət resursları genişləndikcə Ermənistan sərhədçiləri daha çox əraziyə nəzarəti ələ ala bilər, rus tərəfi isə Ermənistan üçün məqbul olan maliyyə çərçivəsində fəaliyyətini davam etdirə bilər. /modern.az/