MAQATE: İrandakı nüvə obyektlərinə çıxışımız yoxdur


MAQATE bildirib ki, ABŞ və İsrailin hücumlarından bəri İranın bütün nüvə fəaliyyətlərini "dayandırıb-dayandırmadığını" və ya həmin obyektlərdəki "uran ehtiyatının həcmini" yoxlaya bilmir, çünki ABŞ və İsrailin hücumlarından bəri onlara çıxışı olmayıb.

Turkustan.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektləri və uran ehtiyatları ilə bağlı hesabatını üzv dövlətlərlə paylaşıb.

Hesabatda bildirilir ki, ABŞ və İsrailin hücumlarından bəri İran MAQATE-yə bu nüvə obyektlərinə giriş icazəsi verməyib.

Buna görə də, hesabatda qeyd olunur ki, İranın uran zənginləşdirmə fəaliyyətlərini "dayandırıb-dayandırmadığı" və ya "zənginləşdirilmiş uran ehtiyatının hazırkı ölçüsü, tərkibi və yeri" barədə heç bir məlumat paylaşıla bilməz və əlavə olunur ki, "İrandakı təsirlənmiş obyektlərdə əvvəllər elan edilmiş bütün nüvə materialları ilə bağlı məlumata çıxışın itirilməsi məsələsi təcili olaraq həll edilməlidir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ