Onlar binanı ağır bombalarla vurdular! İsrail ordusu binanı yerlə bir etdi


Atəşkəsə baxmayaraq, İsrail ordusu təxliyə xəbərdarlığından sonra Qəzza zolağında bir binanı hava hücumları ilə dağıdıb.

Turkustan.az xəbər verir ki, İsrail təyyarələri Qəzzanın şimalındakı Zeytun məhəlləsindəki Əbu Şaban binasını bombalayaraq dağıdıb.

İsrail döyüş təyyarələri güclü bombardman həyata keçirərək ətrafdakı binalara zərər vurub; binanın vurulduğu anlar kameraya düşüb. Binanın sakinləri və ətraf ərazidə yaşayan fələstinlilər İsrailin son hücum təhdidindən sonra bölgəni tərk ediblər

İsrail ordusunun sözçüsü Aviçay Adraee Zeytun məhəlləsində qırmızı rəngə boyanmış nöqtələri göstərən xəritəni paylaşaraq bu açıqlamanı verib.

Bölgədəki fələstinlilərdən evlərini tərk etmələrini tələb edən Adraee, "Həmas infrastrukturunun xəritədə göstərilən nöqtədə və ya yaxınlığında yerləşdiyini" iddia etdi və qısa müddət ərzində ərazini hava hücumları ilə bombalayacağı ilə hədələdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ