Rusiyada nəsli kəsilməkdə olan xalqın üzvü müharibədə öldü


Müharibə zamanı Rusiyada azsaylı və nəsli kəsilməkdə olan Tofa xalqının nümayəndəsi 18 yaşlı Andrey Xolyamoyev Ukraynada öldürülüb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayılıb.

Məlumata görə, gənc avqust ayında 18 yaşına çatıb, sentyabr ayında isə müharibədə öldürülüb. Xolyamoyev yalnız 8 yanvar 2026-cı ildə dəfn olunub.

Qeyd edək ki, Tofalar Rusiyadakı ən kiçik yerli xalqlardan biridir və tarixi ərazilərində cəmi 600 nəfərdən bir qədər çox insan qalıb. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ