Fransa ABŞ-a xəbərdarlıq etdi: Bu artıq həddi aşmaqdır!


Fransanın maliyyə naziri Roland Leskur xəbərdarlıq edib ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirmək cəhdi "həddi aşmaq" olacaq.

Turkustan.az xəbər verir ki, Leskur açıqlamasında "Qrenlandiya suveren dövlətin bir hissəsidir" deyib.
Fransanın maliyyə naziri Roland Leskur ABŞ Maliyyə Naziri Skott Bessentə xəbərdarlıq edib ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirmək cəhdi "həddi aşmaq" olacaq və Avropa ilə ABŞ arasındakı iqtisadi münasibətləri təhdid edəcək.

"Financial Times" qəzetində dərc olunan xəbərə görə, Lescure Qrenlandiyanın statusuna diqqət çəkərək bildirib ki, "Qrenlandiya suveren dövlətin bir hissəsidir və eyni zamanda Avropa Birliyinin bir hissəsidir. Ona müdaxilə edilməməlidir".
Leskur Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, Vaşinqton administrasiyasının Qrenlandiyaya hücumu halında Avropa Birliyinin iqtisadi sanksiyalarla cavab verib-verməməsi ilə bağlı suala o, belə cavab verib:

"Bilmirəm. Əgər bu baş verərsə, mütləq tamamilə yeni bir dünya ilə qarşılaşacağıq və buna uyğun hərəkət etməli olacağıq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ