Avropa Birliyinin (AB) bir neçə üzvü İrandakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Polşa da daxil olmaqla bir çox ölkə, xarici işlər nazirlikləri vasitəsilə bəyanatlar verərək, 8 yanvardan bəri paytaxt Tehranda iqtisadi problemlərdən qaynaqlanan etirazlar səbəbindən vətəndaşlarını İranı tərk etməyə çağırıb.
İspaniya Xarici İşlər Nazirliyi bildirib ki, "regiondakı son dərəcə qeyri-sabit vəziyyətə görə, İrandakı İspaniya vətəndaşlarına bütün mövcud vasitələrdən istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunur" və "İrana bütün səyahətlərdən qəti şəkildə çəkinilməlidir".
Bəyanatda vurğulanıb ki, fəaliyyətini davam etdirən İspaniyanın Tehrandakı səfirliyi İspaniya vətəndaşlarının İranı tərk etməsinə icazə vermək səlahiyyətinə malik deyil və bu, tamamilə İran hakimiyyəti və qanunlarına tabedir.
Aytən Yaşar/ Turkustan.az