Suriya: YPG mülki əhalinin getməsinə mane olur


Suriya ordusu Hələbin mərkəzindən təxminən 60 km məsafədə yerləşən terror təşkilatının nəzarətində olan Deyr Hafir xəttinə çoxlu sayda əsgər yerləşdirib.

Turkustan.az xəbər verir ki, ordu dünən terror təşkilatının işğalı altında olan Deyr Hafirdən mülki şəxslərin çıxmasına imkan vermək üçün bu gün saat 09:00 ilə 17:00 arasında humanitar dəhlizin açılacağını açıqladı.

Suriya ordusu rəsmilərinin verdiyi məlumata görə, YPG/SDG mülki əhalinin ərazini silah gücü ilə tərk etməsinə mane olur.

Deyr Hafirdən mülki əhalinin təxliyəsindən məsul olan və adının çəkilməsini istəməyən bir hərbi rəsmi bildirib ki, "Biz humanitar dəhliz açmışıq. Suriya ordusu terror təşkilatının işğal etdiyi bu ərazidən mülki əhalini təhlükəsiz şəkildə təxliyə etmək istəyir. Bunun üçün bütün lazımi tədbirlər görülüb, lakin terror təşkilatı mülki əhalinin silah gücü ilə oradan çıxmasına mane olur".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ