ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi variantları nəzərdən keçirdiyi irəli sürülüb, lakin mümkün hücumun ən yaxşı halda bir neçə gün sonra baş verəcəyi ehtimal olunur.
Turkustan.az xəbər verir ki, “The New York Times” (NYT) qəzeti ABŞ-ın bir müddətdir zorakı etirazların davam etdiyi İrana hərbi müdaxilə planlarını nəzərdən keçirdiyini bildirib.
Qəzetə danışan ABŞ administrasiyasının rəsmiləri bildiriblər ki, Tramp son günlərdə komandirləri tərəfindən ona təqdim edilən hərbi seçimləri qulaqardına vurmayıb.
Adları çəkilməyən rəsmilər qeyd ediblər ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Trampa bu məsələ ilə bağlı geniş seçim imkanları təqdim edib.
Rəsmilər bildiriblər ki, mümkün hədəflər yenə də İranın nüvə proqramı və ballistik raket sistemlərini əhatə edir, lakin təhlükəsizlik qüvvələrinə qarşı kiberhücumlar və ya ölümcül hücumlar daha çox ehtimal olunur.
Aytən Yaşar/ Turkustan.az