ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 2615-ə çatdığını açıqladı.
Turkustan.az xəbər verir ki, HRANANA İranda etirazlar zamanı 2615 nəfərin öldüyünü bildirib. Həmçinin ölkə daxilində baş verən hadisələrdə 2054 nəfərin yaralandığı, 18470 nəfərin isə saxlanıldığı bildirilib.
AA-nın məlumatına görə, İran rəsmiləri etirazlarda ölən və ya yaralananların ümumi sayı ilə bağlı hələlik açıqlama verməyib.
Virciniyada yerləşən HRANA dünən ölənlərin sayının 2550-yə çatdığını açıqladı.
Aytən Yaşar/ Turkustan.az