İrəvanın təhvil verdiyi iki “suriyalı döyüşçü” kimdir? – Palyan rüsvay etdi


Ermənistanın keçmiş insan haqları müdafiəçisi Arman Tatoyan İrəvanın Dəməşqə təhvil verdiyi suriyalı şəxslərlə bağlı paylaşım edib.

Turkustan.az xəbər verir ki, o, həmin şəxslərin guya “terrorçu” olduğunu yazıb və bu şəkildə azadlığa buraxılmasının qəbuledilməz olduğunu qeyd edib.

Tatoyan deyib ki, guya İrəvan iki suriyalının əvəzində Bakıdakı bütün erməniləri ala bilərdi.

Onun bu fikirlərinə erməni fəal Armen Palyan sərt reaksiya verib:

“Ey rus nökərləri, tüpürüm ölülərinizin başına! Əgər bizim üçün həmin Suriya vətəndaşları terrorçudursa, onda azərbaycanlılar üçün də müharibədə döyüşən Livan vətəndaşları terrorçudur”.

Palyan A.Tatoyanın dezinformasiya yaydığını və sülh prosesinə qarşı çıxan ruspərəst olduğunu vurğulayıb.

Qeyd edək ki, Ermənistan Azərbaycana qarşı müharibədə, həmçinin atəşkəs dövründə muzdlulardan istifadə edib. Burada xüsusən Livandan gətirilmiş terrorçular aktiv rol alıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ