Rusiya Britaniya diplomatını casusluqda ittiham etdi


Nazirliyin açıqlamasında bildirilir ki, britaniyalı diplomatın Britaniya kəşfiyyatına işlədiyi aşkarlanıb.

Turkustan.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, Moskvadakı Britaniya səfirliyinin müvəqqəti işlər vəkili Danae Dholakia bu səbəbdən Nazirliyə çağırılıb və əlavə edilib: "Bir diplomatın Britaniya kəşfiyyatı ilə əlaqəli olduğuna dair əldə edilən məlumatlara görə müvəqqəti işlər vəkilinə etiraz notası verilib. Dholakiyaya diplomatın akkreditasiyasının ləğv edildiyi bildirilib. Diplomat iki həftə ərzində Rusiyanı tərk etməlidir".

Bəyanatda Britaniya kəşfiyyatının Rusiya ərazisində gizli fəaliyyət göstərməsinə icazə verilməyəcəyi və Rusiyanın milli təhlükəsizlik maraqlarına uyğun olaraq hərəkət etməyə davam edəcəyi vurğulanıb.

Bəyanatda deyilir ki, əgər London vəziyyəti gərginləşdirərsə, cavab tədbiri görüləcək.

Rusiya Federal Təhlükəsizlik Xidməti ( FSB ) həmçinin bildirib ki, 1980-ci il təvəllüdlü səfirlik əməkdaşı Qaret Samuel Deyvis Britaniya kəşfiyyatının əməkdaşı kimi müəyyən edilib və bu məlumat Rusiya tərəfinə çatdırılmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ