ABŞ rəsmi olaraq Venesuela nefti üçün 500 milyon dollarlıq satışa başladı


ABŞ administrasiyası Venesueladan əldə etdiyi təxminən 500 milyon dollar dəyərində neftin ilk satışının uğurla başa çatdırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, yaxın vaxtlarda yeni neft satışlarının da həyata keçirilməsi planlaşdırılır. Bu satışlardan əldə olunacaq vəsait birbaşa ABŞ hökumətinin nəzarətində olan bank hesablarına yönəldiləcək. Sözügedən hesabların Qətərdə yerləşdiyi və “neytral zona” kimi xarakterizə edildiyi bildirilib.

ABŞ tərəfi qeyd edib ki, əldə olunan gəlirin istifadəsi ciddi nəzarət mexanizmləri çərçivəsində həyata keçiriləcək. Məqsəd vəsaitin şəffaf şəkildə idarə olunmasını təmin etmək və mümkün siyasi və iqtisadi risklərin qarşısını almaqdır.

Bu addım Vaşinqtonun Venesuela ilə bağlı enerji və maliyyə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ