ABŞ-ın tələbi ilə bu gün günortadan sonra keçiriləcək iclasda BMT Təhlükəsizlik Şurası İranda davam edən etirazları müzakirə edəcək.
Turkustan.az xəbər verir ki, bu arada, ABŞ prezidenti Donald Tramp İrana qarşı atılacaq addımlarla bağlı dəqiq bir açıqlama verməyib.
İranda yerli valyutanın xarici valyutalara nisbətən kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin başlatdığı etirazlar ölkənin bir çox şəhərinə yayıldı.
İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 14 yanvarda dərc etdiyi hesabatda ölkədəki etirazlar nəticəsində ölənlərin sayının 147 təhlükəsizlik işçisi də daxil olmaqla 2550-yə çatdığını açıqladı.
İran hakimiyyəti hələlik etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan,az